Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra ölkəsində ciddi tənqidlərə məruz qalan Donald Tramp Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini qəbul etdiyini etiraf edib.
Teleqraf.com xəbər verir ki, Tramp Helsinkidəki tribunada "Rusiyanın seçkilərə müdaxilə etməsinə inanmıram" sözlərinin yanlış anlaşıldığını bildirib.
"İfadəmin izaha ehtiyacı var. "Nədən Rusiya olduğunu düşünüm" ifadəsi əslində "Nədən Rusiya olduğunu düşünməyim" kimi qəbul edilməlidir. Təhlükəsizlik orqanların Rusiyanın seçkilərə müdaxilə etməsinə dair hesabatlarına inanıram. Amma bu müdaxilə seçkilərin nəticələrinə təsir göstərməyib".