Ermənistanda baş nazir aparatının işlər müdiri Qevork Açemyan istefa verib.
Teleqraf.com “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Qevork Açemyan özünün Feysbuk səhifəsində məlumat paylaşıb.
O, istefasına rəğmən, indiki icra hakimiyyətinə öz dəstəyini ifadə edəcəyini söyləyib.