18 İyul 2018 14:26
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

GüneyAzərbaycandan olan milli fəallar yaxın günlərdə azadlığa çıxmış milli-mədəni fəal Abbas Lisani ilə görüşüblər.

Bu barədə Teleqraf.com-a Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) idarə heyətinin üzvü Ağrı Qaradağlı məlumat verib.

GAMOH rəsmisi bildirib ki, görüş Abbas Lisaninin evində baş tutub.

Görüşə gedən 60-dan çox fəal A.Lisanini azadlığa buraxılması münasibəti ilə onu təbrik edib və Güney Azərbaycandakı son ictimai-siyasi prosesləri müzakirə ediblər.

Qeyd edək ki, iyulun 2-də Babək qalası yürüşü ərəfəsində Ərdəbildə saxlanılan Abbas Lisani 12 gün həbsxanada saxlandıqdan sonra iyulun 14-də 500 milyon rial və şəxsiyyət vəsiqəsi qarşılığında sərbəst buraxılıb. O, saxlandığı müddətdə 7 gün aclıq aksiyası keçirib.

Abbas Lisani Güney Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biridir. O, Azərbaycan türklərinin demokratik və milli haqları uğrunda apardığı mübarizəyə görə bir neçə dəfə İranın təhlükəsizlik orqanları tərəfindən həbs edilib, işgəncələrə məruz qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu