19 İyul 2018 19:49
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Suriyada mövcudluğu qanunidir və rəsmi Dəməşqin istəyi ilə bu ölkədə terrorçulara qarşı əməliyyatlarda iştirak edir.

Teleqraf.com “Tasnim” agentiyinə istinadla xəbər verir ki, bunu Rusiyanın Tehrandakı səfiri Luan Yaqarin “Komersant” qəzetinə söyləyib.

Jurnalist səfirdən Moskvanın Tehrana Suriyadakı hərbi qüvvələrini çıxarması üçün təzyiq edib-etmədiyini soruşub. Yaqarin cavabında “İran təzyiq gösətiləcək ölkə deyil, müstəqil xarici siyasət yürüdür” söyləyib.

Səfir Rusiyanın ABŞ-ın təktərəfli sanksiyalarını tanımadığını bildirib. O, əlavə edib ki, Tehran nüvə razılaşmasına tam sadiqdir və Beynəlxalq Atom Enerjisi Agentliyi İranın sazişə bağlılığını dəfələrlə qeyd edib.

Qeyd edək ki, Donald Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxdığını və rəsmi Tehrana qarşı sanksiyalar qəbul edəcəyini bildirib.


Müəllif: Ruslan

Oxşar xəbərlər