ABŞ Prezidenti Donald Trampın Rusiya dövlət başçısı Vladimir Putini Vaşinqtona dəvət etdiyi bildirilib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin sözcüsü Sara Sander sosial şəbəkədə yazıb.
“Helsinkidə Prezident Tramp iki ölkənin təhlükəsizlik qurumları tərəfindən diaoloqun davam etdirilməsini qəbul etdi. Donald Tramp Beynəlxalq Təhlükəsizlik köməkçisi Con Boltondan Rusiya Prezidenti Vladimir Putini payızda Vaşinqtona dəvət etməyini istəyib və bu istiqamətdə görüşmələr davam edir”.