Türk – Amerika Təhlükəsizlik Fondunun (TASFO) başqanı Fatih Özonur Türkiyədə fəaliyyət göstərən solyönümlü kürd təşkilatlarına və Türkiyə Kommunist Partiyasına müraciət edib.
Bu barədə Teleqraf.com-a danışan Fatin Özonur kürd təşkilatlarının ermənilərlə işbirliyini pisləyib.
O, özlərini “solçu” adlandıran kürd siyasi təşkilatlarının ermənilərin qondarma iddialarına verdikləri dəstəyin qəbuledilməz olduğunu bildirib:
“Siz xain və barbar ermənilərin qondarma soyqırım və digər saxta iddialarını dəstəklədiyiniz üçün hesab edirəm ki, liderinizi Türkiyədən yox, Ermənistandan, ermənilər arasından seçməlisiniz. Onların “erməni soyqırımı” haqqında məqalələrini oxuyuram, həqiqətən yaxşı yetişdiriliblər. Vaxtilə İbrahim Kaypakkaya da qondarma soyqırımı qəbul etmişdi və bunun sinif mübarizəsinin bir hissəsi olduğunu demişdi. Bu, onları təkcə Türkiyə cəmiyyətindən uzaqlaşdırmadı, həm də onları erməniləşdirdi. Armanek Baxırçıyan, Nübar Yalım və Manuel Dəmir kimi adlar altında erməni terror təşkilatlarında birləşmələri bunun isbatıdır”.
Fatih Özonur Türkiyədəki solçu kürd qüvvələrin əsl soyqırımları və həqiqətlərə göz yumduqlarını bildirib, ermənilərin Azərbaycan və digər bölgələrdə törətdikləri soyqırımları diqqət çəkib:
“Qondarma erməni, süryani və yunan soyqırımlarını qəbul etdilər, amma nəyə görəsə, ermənilərin 1800-1922-ci illər aralığında Cənubi Qafqazda (Azərbaycanda) Balkan yarımadasında və Türkiyədə 3 milyon insanı qətlə yetirməsinə etinasız yanaşıldı. Bəs bunları niyə dilə gətirmirsiniz? Qondarma erməni soyqırımını qəbul edən hər kəs alçaq, xain və şərəfsizdir. Xain ermənilərə haqq qazandıranlara başqa ad vermək mümkün deyil”.