21 İyul 2018 08:13
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəhreyndəki həbsxanalardan Əli Xəlifə rejiminə müxalif olan insanlardan intiqam almaq üçün istifadə edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “El-Lolo” məlumat yayıb.

Mənbə həbsxanaların məhbuslar üçün əsl işgəncə otaqları və ölüm düşərgəsi olduğunu yazır. İddia edilir ki, əksər həbsxanaların altında böyük məzarlıqlar var.

“El-Lolo” eyni zamanda, burada siyasi məhbusların diri-diri basdırıldıqlarını da iddia edərək, Bəhreyn həbsxanlarındakı dəhşətli mənəzərələrə qorxulu don geyindirir.

İddialar İngiltərədə fəaliyyət göstərən “Əl-Xalic” adlı insan haqları təşkilatlarının Bəhreyn həbsxanaları haqqındakı son hesabatında da öz əksini tapıb. Qurum beynəlxalq insan haqları təşkilatları və Birləşmiş Millətlər Təşkilatını (BMT) təcili tədbir görməyə çağırıb.

“Əl-Xalic” minlərlə insanın ölüm təhlükəsi qarşısında olduğunu bildirib: “Həbsxanalarda insanlara verilən işgəncə və zülm öz həddini aşıb. Bəhreyndə insanlar öz haqlı tələblərini dilə gətirdikləri üçün işgənclərə məruz qalırlar, həbs edilirlər. Həbsxanalarda yolxucu xəstəliklər süni şəkildə yayılır. Bu, insan haqlarının ən kobud formada pozulmasıdır”.

Qeyd edək ki, beynəlxalq insan haqları təşkilatlarının son hesabatına görə, son 7 ildə Bəhreyn həbsxanalarında 5098 nəfər ağır işgəncəyə məruz qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu