21 İyul 2018 08:26
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdilə əlaqədar elan edilmiş fövqəladə vəziyyətin ləğvi dünyanın nüfuzlu media qurumlarının diqqətindən yayınmadı.

Teleqraf.com xəbər verir ki, İngiltərədə nəşr olunan “The Guardian” qəzeti Türkiyədə “boğucu, qorxulu iqlim”in hökm sürdüyünü yazır: “Fövqəladə vəziyyətin ləğv edilməsinə baxmayaraq, Türkiyədə boğucu qorxulu iqlim hələ də davam edir. Ərdoğan müxalifləri izləməkdə israrlıdır”.

Fransada nəşr olunan “Le Monde” qəzeti isə iddia edir ki, Türkiyə hakimiyyəti 15 iyul qiyamından və fövqəladə vəziyyətdən kürdlərə qarşı istifadə etdi. Qəzet eyni zamanda, Ərdoğanın bundan QHT sektoru və mediaya qarşı da istifadə etdiyini yazır: “Fövqəladə vəziyyətin ləğv edilməsi Türkiyədəki mənzərəni dəyişməyəcək. İnsanlar müxtəlif ittihamlarla işlərindən çıxarılır, bölgələrə başçılıq edən valilərin səlahiyyətləri artırılır”.

Fransada nəşr olunan digər qəzet “Le Figaro” da Ərdoğanın fövqəladə vəziyyəti ləğv edən qərarının formal olduğunu yazır.

Almaniyada nəşr olunan “Der Spiegel” jurnalı iddia edir ki, fövqəladə vəziyyətin ləğv edilməsi dəyişikliyə səbəb olmayacaq.

Britanyada yayımlanan “Financial Times”-dəki xəbərdə isə fövqəladə vəziyyət dönəmində çevrilişə cəhd ittihamı ilə 75 min nəfərin həbs edildiyi, 130 min nəfərin işdən çıxarıldığı xatırladılıb. Qəzet yazır ki, gizli formada davam etdirilən fəvqəladə vəziyyət dönəmində Ərdoğan və yaxın ətrafındakı adamların səlahiyyətləri artırılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər