İbrahim Tatlısəs tanınmış prodüser Erol Kösəni məhkəməyə verib.
Teleqraf.com xəbər verir ki, buna prodüserin İbrahimindən icazə almadan “Tatlısəs klassiki” adlı albom çıxarması səbəb olub.
Sənətçi albomların satışının dayandırılmasını tələb edib.
Məhkəmə Erol Kösənin albomda İbrahim Tatlısəsin 10 mahnısının icazəsiz istifadəsinə görə 98 min, şəkil üçün isə 20 min lirə təzminat ödəməsinə qərar verib.
Müğənni bundan əlavə faizlərin də hesablanaraq 166 min lirə (təxminən 60 min manat) ödənilməsini istəyib.