26 İyul 2018 19:55
2 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dubay polisi Birləşmiş Ərəb Əmirliyinin tarixində baş vermiş ən böyük oğurluq hadisəsinin üstünü açıb.

Teleqraf.com xəbər verir ki, təhlükəsizlik qüvvələri oğurlanmış 20 milyon dollar dəyərində brilayantları tapıb.

Məlumata əsasən, oğrular mayın 25-də azad ticarət zonasında yerləşən şirkətlərdən birinin seyfi yara biliblər.

Araşdırmaçılar 8620 saatlıq kamera qeydlərinə baxıb, 120 nəfər şahidi dindiriblər. Nəhayət, oğruların izinə düşə biliblər. Şübhəli şəxs şirkətdə pul köçürmələri ilə məşğul olub. O, seyfi açaraq içərisindəki almazları götürə bilib. Daha sonra onu qohumu vasitəsiylə ölkədən çıxarıb. Almazlar Şri-lankada aşkar edilib.

Cinayətkar başqa əmirliyə qaçsa da, bu, onu həbsdən xilas etməyib.


Müəllif: Ruslan

Oxşar xəbərlər