Türkiyənin Ağrı vilayətində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, ictimai fəal Mövlut Bengini qətlə yetirən PKK terrorçularından biri sağ ələ keçirilib, iki üzvü məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu haqda Türkiyə KİV-də məlumat yayılıb.
Qeyd edək ki, 28 iyun 2018-ci ildə fəalın meyiti Doğubəyazit şəhərinin kənarında dirəyə bağlanmış vəziyyətdə aşkarlanıb. Onun baş nayihəsinə küt alətlə vurulan zərbədən öldüyü müəyyən edilib.
Jandarm komandanlığı onun üzərində kağız parçası aşkarlayıb. Həmin kağızda "dövlətin xeyrinə casusluğa görə öldürülüb" yazısı qeyd olunub.