İtaliyanın “Milan” klubu Qonzalo Hiquani “Yuventus”dan icarəyə götürməyə razılaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Müqaviləyə əsasən milanlılar növbəti mövsümdə oyunçunu transfer etməlidir.
Futbolçuya illik 15 milyon avro ödəniləcək. Bununla belə Hiquan “Yuventus”dan ayrilmaq istəmir. Baxamyaraq ki, Ronaldonun gəlişindən sonra argentinalı ulduz əsas heyətdə mövqeyini itirə bilər.