Türkiyənin Silahlı Qüvvələri Tunceli vilayətinin Pülümür rayonunda 10 terrorçunu məhv edib.
Teleqraf.com xəbər verir ki, yerli sakinlər bir qrup silahlının terror hazırlığı görməsi barədə polisi məlumatlandırıb. Keçirilən antiterror əməliyyatına havadan dəstək verilib.
Bölgədə antiterror əməliyyatı davam etdirilir.