31 İyul 2018 18:53
2 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail kimyəvi silahlarını Səudiyyə Ərəbistanında saxlayacaq. Səud hökuməti bunun üçün rəsmi Təl-Əvivə 16 min kvadrat kilometrlik ərazi təklif edib.

Teleqraf.com “El Alem” TV-yə istinadla xəbər verir ki, anlaşma əsasında İsrail kimyəvi silahlarının bir hissəsini Səudiyyə Ərəbistanının Təbuk bölgəsində depolayacaq.

Ərazi həmçinin Səudiyyə Ərəbistanı və İsrailin birgə hərbi fəaliyyətlərinin planlaşdırma mərkəzi rolunu oynayacaq. Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeni planın əsas tərəfdaşlarından biridir.

Həmin bölgə bir müddət əvvəl Səudiyyə taxtının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın özəl mülkiyyəti elan edilib. Bundan sonra Təbuk “qadağan edilmiş bölgə” elan edilib.

Qeyd edək ki, şahzadənin öz mülkiyyəti yaxınlığında Şarma, Suğra, Müveylih, Düba və Əmləc kimi sıx yaşayış məntəqələri yerləşir. Bölgədə yüz minə yaxın insan yaşayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər