İsveçdə kral tacı oğurlanıb.
Teleqraf.com xəbər verir ki, hadisə paytaxt Stokholmdan 120 kilometr kənarda yerləşən Stangas şəhərində baş verib.
Oğrular tacı kilsənin dəniz tərəfində saxladıqları qayıq vasitəsilə aparıblar. Polis quruda, dənizdə və havada oğruları axtarmağa başlayıb.
Qeyd edək ki, oğurlanan tac XVII əsrdə İsveçin IV kralının xanımı, şahzadə Kristina tərəfindən istifadə olunub.
Polis bəyan edib ki, zamanında kral ailəsi tərəfindən istifadə olunan tac və digər əşyalar çox qiymətli və bahalıdır.