ABŞ Türkiyənin fiziki və hüquqi şəxslərinə qarşı sanksiya hazırlayır.
Teleqraf.com xəbər verir ki, sanksiyalara səbəb kimi, Türkiyə hakimiyyəti tərəfindən ABŞ vətəndaşları və diplomatlarına qarşı təzyiqlər göstərilir.
İlkin məlumatlara görə, ABŞ-ın Maliyyə Nazirliyi amerikalı rahib Andrey Kreyk Brunsonun işi ilə əlaqədar Türkiyənin daxili işlər və ədliyyə nazirlərinə qarşı sanksiyalar tətbiq edib.
Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, onlar Brunsonun həbsində aparıcı rolu oynayıb.
O qeyd edib ki, nazirlərin ABŞ-dakı bütün hesabları və aktivləri dondurulub.