18 Avqust 2014 14:59
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın "Der Spiegel" dərgisi Berlinin 2009-cu ildən bəri Türkiyəni gizli dinləməsi barədə məlumat verəndən sonra bu mövzu medianın əsas müzkirə predmetlərindən biri olub.

Hakim Xristian Demokratlar Partiyası (XDP) iddiaları təsdiqləyib. Rəsmilər bunun qanunsuz olmadığını bildiriblər.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin Almaniyanı dinləməsi xəbəri yayılanda dövlət kansleri Angela Merkel "dost ölkələr bir-birini dinləməməlidir" deyərək narazılığını ifadə etmişdi. Almaniyanın müxalifət mətbuatı buna əsaslanaraq Merkelə sual ünvanlayıblar. "NATO-nun üzvü olan Türkiyəni dinləmək dosta yaraşarmı?".

Adının açıqlanmasını istəməyən Almaniya rəsmilərindən biri yerli mətbuata bildirib ki, A.Merkel "dost ölkələr bir-birini dinləməz" deyərkən "NATO üzvləri" sözünü işlətməyib: "Münasibətlərimizin səviyyəsinə görə Türkiyəni ABŞ, Fransa, İngiltərə ilə eyni sırada tutmaq olmaz. Türkiyədə baş verənlər Almaniyanı maraqlandırır. Bu, təhlükəsizlik məsələsidir. Türkiyə hökuməti Almaniyadakı türk dərnəklər vasitəsilə öz siyasətini yürüdür, PKK, sol və sağ qrupların adları narkotik qaçaqmalçılığında hallanır.

Məsələ ilə bağlı Türkiyə hələ ki, rəsmi mövqeyini bildirməyib. Almaniya müxalifəti isə Merkeli sərt tənqid etməkdədir. Qeyd olunur ki, NATO üzvü olan ölkələr bir-birinə etibar etməli, gizli dinləmələrdən əl çəkməlidilər.

Ayxan


Müəllif:

Oxşar xəbərlər