İranın paytaxtı Tehranda bahalaşma əleyhinə etiraz aksiyası keçirilib .
Teleqraf.com xəbər verir ki, İsfahan, Məşhəd və Şirazdan sonra etirazlar Tehrana çatıb.
Dolların sürətlə bahalaşması, inflyasiya və işsizlik insanları küçələrə çıxmağa məcbur edib. Polis aksiyanı dağıtmaq üçün gücdən istifadə edib. Saxlanılanlar var.
Qeyd edək ki, Məşhəddəki etirazlar zamanı 10-dan çox aksiya iştirakçısı öldürülüb.