Rusiya və Ukrayna milyarderləri beynəlxalq sanksiyalar görə ilginc addım atıblar. Onlar çıxış yolunu Londonda daşınmaz əmlaklara sərmayə qoymaqda tapıblar.
Teleqraf.com xəbər verir ki, “Faynenşl Tayms” qəzeti belə bir iddia ilə çıxış edib.
Hətta, JLL şirkətinin eksperti Adam Çallisin bildirb ki, bu tendensiya 2014-cü ilin əvvəllərində başlayıb. “Savills” agentliyinin qiymətləndirməsinə görə, 2013-cü ildə ruslar London daşınmaz əmlak bazarına 180 milyon funt-sterlinq yatırıblar. Əksər agentlərsə bu il rəqəmlərin sürətlə qalxdığını təstiq edblər.
“Property Vision” şirkətinin açıqlamasında qeyd edib ki, son iki ildə rus müştərilər satışları öyrənirdilərsə, indi Britaniya paytaxtında onlar bu məsələ ilə daha aktiv məşğul olmağa başlayıblar.
“Faynenşl Tayms”-ın məsələ ilə bağlı digər məlumatında isə deyilir ki, Londonda daşınmaz əmlak alan əksər şərqi avropalı milyarderlər öz anonimliyini qoruyur və satınalma əməliyyatları zamanı offşor şirkətlərinin xidmətlərindən istifadə edirlər.