4 Avqust 2018 19:36
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti hiyləgər gedişini etdi. Bəllidir ki, Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu həbs etmək istəyi Kremlin xoşuna gəlməyib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Rusiya rəsmiləri İrəvanın bu qərarına açıq etirazlarını bildiriblər:

Ancaq Paşinyan Moskvanın bu etirazı qarşılığında “səhv etdik, Yuri Xaçaturov fəaliyyətinə davam edə bilər” desəydi tərəfdarlarının gözündə zəif görünəcəkdi, onun ünvanına “Kremlin xəbərdarlığından qorxdu” ifadəsini səsləndirəcəkdilər.

Bəs belə olan halda Paşinyan hansı addımı atdı?

Ermənistanın baş naziri təşkilata Yuri Xaçaturovun əvəzinə baş katib kimi keçmiş müdafiə naziri Vaqarşak Arutunyanın namizədliyini irəli sürdü. Kreml Xaçaturovun geri qaytarılmasına etiraz etsə də, Vaqarşak Arutunyanın namizədliyinin əleyhinə də açıq mövqe bildirməkdə çətinlik çəkir. Çünki, Paşinyanın irəli sürdüyü Vaqarşak Arutunyan tam ruspərəstin biridir, bu general məhz Rusiyanın dəstəyi ilə Ermənistanda 1990-cı illərdə vacib hərbi postlarda çalışıb. Beləcə, Paşinyan Xaçaturovu geri çağırmaqla Moskvadan çəkinmədiyini, Vaqarşak Arutunyanın namizədliyini irəli sürməklə isə Moskvanın maraqlarını nəzərə aldığını da biruzə verir. Tamamilə erməni gedişidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər