Bu gündən ABŞ İrana qarşı sanksiyaların tətbiqinə başlayır.
Teleqraf.com xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeonun sözlərinə görə, İranla nüvə anlaşmasından sonra Tehrana qarşı dayandırılan sanksiyalar bu gün yenidən işə düşəcək:
“ABŞ bu sanksiyaları yenidən tətbiq edəcək. Bu, İranın xoş niyyətli olmayan fəaliyyətinə qarşı bizim cəhdlərimizin əhəmiyyətli bir parçasıdır”.
Tehranla masada oturmağa açıq olduqlarını xatırladan ABŞ dövlət katibi deyib ki, bunun üçün İran siyasətində çox böyük dəyişikliklər etməlidir.
Pompeo əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın niyyəti İranın “normal bir ölkə kimi davranmasına” nail olmaqdır.
Xatırladaq ki, ABŞ Xəzinə Nazirliyi İrana qarşı ilk sanksiya paketini bu gün, ikinci sanksiyalar paketini isə noyabrın 4-də tətbiq edəcək.