ABŞ Kosmik Qüvvələr Komandanlığını qurmaq üçün çalışır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.
Pentaqon rəhbəri bildirib ki, ABŞ Prezidenti Donald Trampın təlimatı əsasında Kosmik Qüvvələr Komandanlığının yaradılması üzərində iş gedir:
“Mən bu ideyanı dəstəkləyirəm. Kosmosa müharibə meydanı kimi baxmalıyıq. Quracağımız şeylərdən biri də döyüş komandası olacaq”.
ABŞ-ın kosmosda varlığının hərbi və iqtisadi təhlükəsizlik üçün lazım olduğuna işarə edən Pentaqon rəhbəri deyib ki, başqa ölkələr orada bizim üzərimizə hücum çəkəcək hala gəldiklərini nümayiş etdirərlərsə, biz buna qarşılıq verməliyik.
Qeyd edək ki, ABŞ-ın kosmosu hərbiləşdirmək və sovet hökumətinə qarşı “ulduz müharəbəsi” planı ötən əsrin 80-ci illərində də gündəmdə olub.