11 Avqust 2018 18:30
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzərin hüquqi statusuna dair Konvensiya sənədində dəniz dibinin istismarı və boru kəməri çəkilməsi ilə bağlı bütün tərəflərin maraqları nəzərə alınıb.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan Xarici işlər naziri Kayrat Abdrəhmanov¬ bildirib.

Onun sözlərinə görə, Konvensiyada bütün nəqliyyat vasitələri ilə tranzitlə bağlı verilən azadlıq avtomobil, dəmiryolu, dəniz və boru kəməri infrastrukturunun inkişafı üzrə sahilyanı ölkələr üçün geniş imkanlar açacaq.

XİN rəhbəri qeyd edib ki, Xəzər dənizinin statusunun müəyyənləşməsi iqtisadiyyatın vacib istiqamətlərində sahilyanı ölkələrin qarşılıqlı faydalı əməkdaşlığının davamlı inkişafına imkan verəcək: “Əminəm ki, Konvensiya Xəzər regionunun inkişafı üçün güclü impuls verəcək, yeni investisiya axını və prioritet sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün cəzbedici olacaq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər