19 Avqust 2018 14:45
2 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi həyat yoldaşı Karla Bruni ilə Türkiyəyə tətilə gəlib.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Karla Bruni sosial şəbəkədə tətildə çəkdirdiyi fotoşəkli “Möhtəşəm Türkiyə” başlığı ilə paylaşıb. Aralıq dənizi sahillərində dincələn Karla Bruni Albert Kamusun kitabını oxuyarkən şəkil çəkdirib və İnstaqramda izləyiciləri ilə bölüşüb.

Səhər qaçışına çıxan Nikol Sarkozi isə təbiətin və dənizin dadını çıxarıb.


Müəllif: Nərgiz