Hər bir ölkənin öz qanunları və hökmləri var. Daxili hüquq, Türkiyə və ABŞ-ın tərəf olduğu beynəlxalq müqavilələr var. Bütün problemlər həll edilə bilər, amma təzyiqlə yox. Bu barədə özlərinə də dedim ki, belə görünür, siz bu problemləri həll eləmək istəmirsiniz, seçkilərə qədər uzatmaq istəyirsiniz.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu serbiyalı həmkarı ilə ortaq mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, ABŞ-ın sərgilədiyi yanaşmanı izah etmək mümkün deyil: “Ayrı-ayrı rəsmilər müxtəlif açıqlamalar verirlər. Onların "daxili işidir" deyə bilərik, amma bizi maraqlandırdığı üçün bu məsələlərə şərh vermək hüququna malikik. Orada xaos hökm sürür. Eyni qurum daxilində belə nazirlə müavinləri arasında fərqli mövqelərin şahidi oluruq”.
Mövlud Çavuşoğlu Türkiyənin ABŞ xalqı ilə heç bir problemi olmadığını söyləyib: “Amerika xalqı da həqiqətləri görməyə başladı”.