27 Avqust 2018 11:57
1 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Yaxın Şərqin Lukaşenkosu”dur.

Teleqraf.com xəbər verir ki, rusiyalı politoloq Mixal Smolin Ərdoğanı Belarus lideri Aleksandr Lukaşenko ilə müqayisə edib.

Politoloq Ərdoğanın illərdir Rusiya və ABŞ arasında ziddiyyətli gedişlər edən Lukaşenkoya oxşadığını bildirib:

“Ərdoğan ABŞ-la əlaqələrini qırmayacaq. Bunu ondan Rusiya istəsə də, türk lider Yaxın Şərqə dair izlədiyi “Yeni Osmanlı” strategiyasını davam etdirəcək.

Türkiyə-ABŞ münasibətlərindəki gərginlik yeni deyil, amma bu dəfəki gərginliyin səviyyəsi hissediləcək dərəcədə ciddidir. Çünki ABŞ Prezidenti Donald Tramp bölgə lideri kimi İsraili qəbul edir və İsrailə dəstək verir. Türkiyənin də bu məsələdə öz istəkləri var.

Çox güman ki, Türkiyə Rusiya və ABŞ arasındakı zolaqda hərəkət edəcək və buna görə də Ərdoğan “Yaxın Şərqin Lukaşenkosu” ola bilər. Yəni, ziddiyyətli gedişlər edəcək və həm Rusiyaya, həm də ABŞ-a Türkiyənin bölgədə nə qədər önəmli oyunçu olduğunu hiss etdirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər