Türkiyənin məşhur “İstanbullu gəlin” serialının qəhrəmanları Faruk və Sürəyya cütlüyünün qızı “Yaz” obrazını canlandıracaq uşaq artıq seçilib.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, aktyor-müğənni Özcan Dəniz serialdakı qızı ilə çəkiliş meydançasından foto paylaşıb. Yeni mövsüm üçün aktyor heyətinə yeni isimlər daxil edən serialın rejissorları ustad sənətkar Maral Çətinkaya ilə də anlaşıb.
Qeyd edək ki, serialın baş rol oyunçularından “Faruk” obrazını Özcan Dəniz, “Sürəyya”nı isə Aslı Ənvər oynayır.