Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə kəşfiyyatının sabiq zabiti Sergey Skripal və qızının zəhərlənməsilə bağlı Britaniyanın baş naziri Tereza Meyin ittihamlarına cavab verib.
Teleqraf.com xəbər verir ki, Peskov Solsberidə baş vermiş olayda ölkəsinin hər hansı bir əlinin olmadığını bəyan edib.
T.Mey rəsmi şəkildə bəyan edib ki, Sergey Skripal və qızı Yuliyanın zəhərləməsinə görə Rusiyanın xidmət orqanları məsuliyyət daşıyır.
Onun sözlərinə görə, Britaniya prokurorluğunun adlarını açıqladığı hər iki şəxs – Aleksandr Petrov və Ruslan Boşirov Baş Kəşfiyyat İdarəsi kimi tanınan Rusiya hərbi kəşfiyyatında xidmət edirlər.
Xatırladaq ki, martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılıblar. Martın 12-də baş nazir Tereza Mey parlamentdəki çıxışında hadisə ilə bağlı aparılan ilkin təhqiqata dair məlumatlar verib. O bildirib ki, S. Skripal və qızına qarşı SSRİ-də hazırlanmış və Rusiyanın sərəncamında olan “Noviçok” adlı kimyəvi silah tətbiq edilib.