Türkiyə sülh bərpa olunanadək Suriyanı tərk etməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli görüşü zamanı Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan İdlib əyalətində vəziyyətin çox ağır olduğunu deyib və əməliyyatların dayandırılmasının vacibliyini bildirib.
“İdlib təkcə Suriyanın gələcəyi üçün yox, bütün regionda sülh, eləcə də Türkiyənin sabitliyi və təhlükəsizliyi üçün vacibdir. Suriyada sülh bərqərar olunanadək Türkiyə burada mövcudluğunu davam etdirəcək”.