“Taliban” hərəkatının Əfqanıstanın şimal-şərq hissəsində gerçəkləşdirdiyi hücum nəticəsində güc strukturlarının ən azı 20 əməkdaşı həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstanın “Tolo news” telekanalı yerli hakimiyyət orqanlarınıa istinadən məlumat yayıb.
Məlumata görə, “Taliban” yaraqlıları Baqlan əyalətinin bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. O da bildirilir ki, hazırda 5-i hərbçilərə, 8-i polislərə məxsus olan nəzarət-buraxılış məntəqəsi, habelə əyalətin bir neçə kəndi yaraqlıların nəzarəti altındadır.