Türkiyənin tanınmış aktyoru Ufuk Bayrak 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, buna səbəb 2007-ci ildə odlu silahla mübahisəyə girməsi olub. Uzun illərdir davam edən məhkəmədən sonra Ufuk Bayraka 6 ay həbs cəzası verilib. 36 yaşlı aktyorun artıq 20 gündür həbsxanada olduğu bildirilir.
“Ezel”, “Vatanım Sensin” seriallarında canlandırdığı rollarla tanınan Ufuk Bayrak həmçinin, bir neçə bədii filmdə də çəkilib.