İrana qarşı tətbiq olunan sanksiyaları pozulmasında, habelə çirkli pulların yuyulmasında ittiham olunaraq ABŞ-da həbs edilən Rza Zərrab Nyu-Yorkun məşhur restoranında görünüb.
Teleqraf.com xarici mediaya istinadla bildirir ki, Nyu-Yorkun Soho bölgəsində yerləşən Nabu adlı restoranda görünən Zərrabın yanında bir xanım da olub.
Rıza Zərrab restoranda onun fotolarının çəkildiyini gördükdə narahat olub və dərhal məkanı tərk edib.
Xatırladaq ki, İran əsilli türk Rıza Zərrab ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozduğu səbəbindən 2016-cı ilin marın 19-da ABŞ-a səfəri zamanı saxlanılıb.
İrəli sürülən ittihamları rədd edən Zərrab sonradan prokurorluqla razılaşaraq ittiham olunan tərəfdən şahid statusuna keçərək etiraflarda bulunub və prokurorluğa hər cür dəstək verib.