16 Sentyabr 2018 12:36
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Şimali Karolina ştatında canlı yayım zamanı maraqla hadisə baş verib.

Teleqraf.com ABŞ mətbuatına istinadla xəbər verir ki, WCTI telekanalında canlı efir zamanı aparıcı “Florens” fırtınası barədə məlumat verib.

Bu zaman məlum olub ki, fırtına məhz onların olduğu binaya doğru gəlir. Bu zaman aparıcı canlı yayımı yarımçıq qoyaraq binanı tərk etmək üçün gedib.

Küçələrdən isə insanların evakuasiyasına başlanılsa da, Donni Koks adlı müxbir insanlara məlumat vermək üçün küçədən canlı yayıma çıxıb.

"Binadan hamı təxliyə edilib. Amma biz burada qalıb sizi məlumatlandırmağa davam edəcəyik” – deyə jurnalist efirdə danışdığı zaman bildirib.

Təxliyə zamanı heç bir kəs xəsarət almayıb.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər