Kolumbiyada keçmiş İnqilab Silahlı Qüvvələri (FARK) komandirlərinin liderlik etdiyi silahlı qruplaşmaya qarşı həyata keçirilən əməliyyat zamanı şəbəkənin lideri ağır yaralanıb, bir əsgər isə ölüb.
Teleqraf.com xəbər verir ki, Kolumbiya ordusunun ölkənin cənubu ilə Ekvadorun şimalında fəaliyyət göstərən silahlı qrupa qarşı əməliyyatlarını davam etdirir.
Son əməliyyat zamanı bir əsgər öldürülüb, FARK silahlı qruplaşmasının bölgə lideri “Guaco” kod adlı Valter Patrica ağır yaralansa da, canını qurtara bilib.
“Guaco”nun snayperlər tərəfindən vurulduğu və bölgədə Kolumbiya ordusunun əməliyyatının davam edəcəyi açıqlanıb.
Qeyd edək ki, Ekvador dövlət başçısı Lenin Moreno sosial şəbəkələrdə “Guaco” kod adlı terrorçunun ağır yaralanmasının ölkə üçün yaxşı xəbər olduğunu bildirib və əlavə edib ki, cinayət cəzasız qalmayacaq.
Əlavə edən ki, bölgədəki narkotik ticarətinə nəzarət edən silahlı qruplaşmanın başında keçmiş Kolumbiya İnqilab Silahlı Qüvvələrinin komandirlərindən olan şəxslər dayanır. Bu qruplaşma faktiki mafiyadır. Onlar bir müddət əvvəl 2 jurnalisti oğurlayıb və onlarla şəxsin ölümündə günahkardır.