16 Sentyabr 2018 21:45
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin və İsveç münasibətlərində diplomatik böhran yaşanır.

Teleqraf.com xəbər verir ki, buna səbəb sentyabrən 2-də Stokholma gələn Çin vətəndaşlarına qarşı polisin zorakı davranışı olub.

Stokholmdakı otellərdən biri Çin turistləri "çox erkən" gəlmələri səbəbindən otelə buraxmayıb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Paytaxt polisi çinliləri zorla maşına mindirərək gecəyarı qəbiristanlığa burxıb.

Soyuq havada bir saat qalan çinlilər güclə şəhərin mərkəzinə gələ biliblər.

Çin Xarici İşlər Nazirliyi İsveçi vətəndaşlarının həyatını təhlükəyə atmaqda və insan haqlarının təməl prinsiplərini pozmaqda ittiham edərək bu ölkəyə nota verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər