17 Sentyabr 2018 17:34
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Donald Trampın rəsmi Kiyev qarşısında üzr istəməli olduğunu deyib.

Teleqraf.com Rusiya mətbuatın istinadla xəbər verir ki, o, bunu Budapeşt memorandumunu imzalayan tərəf kimi Ukraynanın aldadıldığı ilə izah edib:

“Ukraynanı aldatdılar. Şimali Koreya nüvəsiz heç bir şeyə dəymir. Trampa bununla bağlı nə məsləhət verə bilərəm? Əsas odur ki, qayıdasan və deyəsən: “Bağışlayın, mən Ukraynaya bu problemlə bağlı daha yaxından kömək etməyə hazıram. O problem ki, tək Ukrayna üçün yox, bütün Avropa üçün təhlükəlidir”

Qeyd edək ki, Budapeşt memorandumu 1994-cü ildə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya arasında imzalanıb və bu sazişlə rəsmi Kiyev nüvə silahından məhrum edilib.


Müəllif: Mirvari Əzizova