17 Sentyabr 2018 23:45
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkun məşhur restoranında görüntülənən ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab barədə danışıb.

Teleqraf.com “Haber7”ə istinadla xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Ərdoğan Zərrabın Nyu-Yorkdakı restoranda fotosunun çəkilməsi və onun azadlıqda olmasının hüquqi cəhətdən qeyri-mümkünlüyü barədə amerikalı hüquqşünasların qənaətini şərh edib.

İrana qarşı tətbiq olunan sanksiyaları pozulmasında, çirkli pulların yuyulmasında ittiham edilərək həbsdə olduğu deyilən Rza Zərrabın fotosuna Türkiyə prezidenti belə reaksiya verib:

“Deməli, hüquqşünaslar bu işi bilmir, çünki görüntüləndiyi qadın onun vəkilidir. Qandallı deyirlər, amma demək başqa qandallardan başqa qandallar da var”.

Xatırladaq ki, azərbaycanlı biznesmen Rza Zərrab həyat yoldaşı müğənni Ebru Gündəşin rəfiqəsi ilə Nyu-Yorkun Soho bölgəsində yerləşən Nabu adlı restoranda görüntülənib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər