20 Sentyabr 2018 00:57
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

7 ildən çoxdur vətəndaş vətəndaş müharibəsinin davam etdiyi Suriyanın bərpası üçün yarım əsr lazımdır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri BMT-nin Soyqırımın qarşısının alınması üzrə xüsusi müşaviri Adama Dienq deyib.

Türkiyə ilə Rusiyanın İdlib razılaşmasından məmnun qaldığını deyən Adama Dienq tərəflərin razılaşmaya uyğun hərəkət edəcəyinə inandığını söyləyib: “Qarşıdurmaları təkcə sülh dayandırmır. Ölkə normal vəziyyətə düşəndə sünni, şiə, ələvi, xristian kimi məzhəb ayrı-seçkiliyi əvəzinə bütün suriyalılar ölkəni yenidən bərpa etməlidir. Livanın təzədən inşası üçün 25 ildən çox vaxt sərf olundu, qorxuram Suriyanın bərpası yarım əsr çəkə bilər”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər