20 Avqust 2014 17:40
710

Ukraynanın Donbas batalyonunun döyüşçüləri İlovaysk uğrunda gedən döyüşlərdə 5 rus desantını əsir götürüblər.


Bu barədə jurnalist Mixaylina Skorik məlumat verib.

“İki gün əvvəl Donbas batalyonu Donetskdə strateji magistral yolu nəzarətə götürüb və hələ də həmin ərazidə ağır döyüşlər aparır. Avqustun 19-da bizim döyüşçülər Rusiya Hava Desantı Qoşunlarının 5 hərbçisini əsir götürüblər. Onlardan biri etiraf edib ki, 60 min kredit borcu var və onu tələyə salıb Ukraynaya göndəriblər”, - Skorik deyib.

/Axar.az/


Müəllif: