21 Sentyabr 2018 00:58
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Xarici işlər naziri Ceremi Hant bəyanat yayaraq, İrandan olan Böyük Britaniya vətəndaşlarını bu ölkəyə getməməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, nazir İrana səfərin təhlükəli olduğunu bildirib.

Onun sözlərinə görə, Böyük Britaniyanın ikili vətəndaşlığı olanlar imkan daxilində İrana səfərdən imtina etməli və bu kimi səfərlərin təhlükələri barədə düşünməlidirlər:

“Böyük Britaniyanın İrandan olan vətəndaşlarına xəbərdarlıq edirik ki, onlar İrana səfər edəcəkləri təqdirdə həbs edilə bilərlər. Tövsiyə edirik ki, zərurət olmadan İrana getməyəsiniz.

Təəssüflər olsun ki, biz keçmişdə İrana səfər edənlərin müxtəlif bəhanələrlə orada həbs olunması ilə bağlı xoşagəlməz halların şahidi olmuşuq. İran hökuməti ikili vətəndaşlığı tanımır”.

Qeyd edək ki, bundan əvvəl öz valideynləri və qohumlarına baş çəkmək üçün İrana gələn Böyük Britaniyanın bir neçə vətəndaşı casusluqda ittiham edilərək həbs olunublar.

Onlardan biri 5 il azadlıqdan məhrum edilən Nazənin Zağəri, digəri isə Londonda təhsil alan gənc tələbə Ərəs Əmiridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər