21 Avqust 2014 00:52
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Don Juan"ın məqsədi:

Çoxsaylı seksual əlaqələr yaratmaq, fiziki və qəlb rahatlığını təmin etmək üçün «xəyallarının qadını»nı tapmaqdır. Amma təəssüf ki, hər görüş gözyaşı və qadına nifrətlə bitir. Qadının donjuandan diqqət tələb etməsi kişinin ona qarşı olan marağını azaldır. Hətta fiziki yaxınlıq da bu münasibəti isidə bilmir. Bu cür donjuanların həyatı dava-dalaşdan, emosional dəyişiklik və hay -küydən ibarətdir. Yüksək fantaziyaya sahib olan bu cür kişilər ömür boyu «həyatlarının qadını»nı axtarırlar. Çünki onlar uşaqlıq vaxtı bədbəxt analarının göz yaşlarını çox görüblər. Elə bunun nəticəsidir ki, emosional tənhalıq keçirən kişilər gələcəkdə donjuan olurlar. Onlar evlənəndən sonra da ailədə öz həyat yoldaşına anaları kimi baxırlar.
Şorgöz kişilər 3 tipə bölünürlər: "Don Juan"lıq, promiskuitet və satiriazis...

Şorgözlük psixoloji problemdir?

Görkəmcə şən, aktiv, kompaniyanın əsas qəhrəmanı, optimist, kompliment etməyi xoşlayan, gözəlliyi daha şişirdilmiş şəkildə ifadə edən, qadına «sən mənə qadın kimi lazımsan» baxışları ilə «mesaj atan», özünü gözəl qadından heç də əskik saymayan, illərin dostu kimi adama tez yovuşan və inandırıcı yalanlar danışan biridir.
Lakin bu cür zahiri görkəmə malik donjuan əslində, əsəbi və konfliktlərə meyilli olur. Onların ailələri çətinliklərə məruz qalır. Emosiya və hisslərin burulğanı onların xanımlarına olan diqqətini azaldır. Onlar evdəki qadını «görmürlər». Elə bilirsən donjuan bu vəziyyətindən məmnundur? O, ya «arvadağız», ya da daxilən tənha olur. Qəlb tənhalığının məlhəmini isə başqa qadınlarda axtarır. Bu cür insanların öhdəsindən yalnız psixoloq gələ bilər.

İkinci tip oğlanlar - promiskuitet

Bu tip oğlanlar müəyyən zaman intim həyat yaşamadıqları üçün yeni əlaqələri məhz fiziki yaxınlıq üçün yaradırlar. Promiskuitet normal insan sayılmır. Bu cür oğlanlar vaxtlarının çoxunu narko-alkoqol və ya elitar məclislərdə keçirirlər. Promiskuitetdən yaxa qurtarmaq elə də asan iş deyil. Onları ancaq həkim-psixoterapevt və seksopatoloq müalicə edə bilər.

Üçüncü tip oğlanlar - satiriazis

Onlar intim həyata dəlicəsinə bağlanırlar. Tarixi araşdırmalara əsasən, bu xəstəliyin simptomları Qriqoriy Rasputində müşahidə olunmuşdur. Satiriazis psixoloji və parapsixoloji problemlərdən əziyyət çəkir. Bu tip oğlanların həkim-seksopatoloqun köməyinə ehtiyacı var.

Sadəcə, kolleksioner

Bu oğlanların məqsədi sadəcə, qadınların telefon nömrələrini yığıb, onlarla flirt etməkdir.
Avropa ölkələrində donjuanlıq normal hal kimi qəbul olunur. Onun qeyri-adi hərəkətlərinə qadınlar evlənənə kimi dözürlər. Sonradan xanımlar ərlərini evə bağlamaq üçün əllərindən gələni edirlər.

Qadın nə etməlidir?

Gəlin etiraf edək ki, donjuanların əksəriyyəti yaraşıqlı və baxımlı olurlar. Özünüzü onlara uyğunlaşdırmaq istəyirsinizsə, siz də görkəminizə və şarmınıza diqqət yetirin. Kişilər komplimentləri qadınlardan çox sevirlər. Onları pişik kimi tumarlayıb, xoş sözlər ağuşuna alın. Oğlanı özünə bağlamaqdan ötrü «süni gəlincik qız» obrazına girin. Onun qarşısında nazlan və özünü ehtiraslı qadın kimi göstər. Donjuan oğlanı yoldan çıxaran məhz bu tip qızlar olurlar. Unutma, onun dosta yox, əsl qadına ehtiyacı var. «Qadağan olunmuş meyvə şirin olar» prinsipi donjuanın devizidir. Bəs sən nə etməlisən?! Elə onun prinsipi ilə hərəkət et. Onun emosiyasına təsir edən bir hekayə uydur. Məsələn: «Mənim bir rəfiqəmin sevgilisi ona xəyanət edirdi. Sonra isə yalvarıb, ayaqlarına qapanır, üzr istəyirdi. Qız isə günlərini ağlamaqla keçirirdi. Amma bir gün o, oğlana «dərs» vermək üçün «rəfiqəmgildə idim, anamla alış-verişdə idik, işim çox idi və s.» kimi bəhanələr gətirərək oğlanla görüşdən qaçır, telefonlara cavab vermirdi. Sən demə, rəfiqəm də ona xəyanət edirmiş». Əmin ola bilərsiniz ki, sevgilin donjuan olsa da, bu hekayə ona təsir edəcək. O, özünə aid olanı başqasına verməsin deyə, sənə daha çox vaxt ayırmağa çalışacaq. Bu isə sənin qələbəndir!
Əgər o sağalmaz donjuandırsa...

Onsuz yaşaya bilmədiyini və ona ehtiyacının olduğunu göstərmə. Beləliklə, başa düşəcək ki, onun «xəyallarının qadını» məhz sənsən.

UNUTMA:

Donjuanın həyat yoldaşı özünəinana, baxımlı, ərinə bağlı, ona qeyri-adi sürprizlər edən və səbrli olmalıdır. Əgər kişi evə gec gəlirsə, qadın onu gözləyib, münaqişə yaratmamalıdır. Sakit formada bu gecikmənin səbəbini öyrənməlidir. Tez-tez ona zəng edib, harada olması ilə maraqlanmaq, qadının ən böyük səhvidir. Buqadının zəif olduğunun göstəricisidir.

axşam.az


Müəllif: