BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində maraqlı hadisələr baş verib.
Teleqraf.com xəbər verir ki, Ukrayna Prezidenti Pyotr Poroşenko BMT-nin iclas zalına doğru irəliləyərkən yolda rus jurnalistlərlə qarşılaşıb.
Bu zaman müxbirlərdən biri prezidentə Donbas məsələsi ilə bağlı sual verib. Dərhal Poroşenkonu mühasirəyə alan jurnalistər ondan açıqlama gözləsələr də, dövlət başçısı üzünü kameraya tutaraq “Feyk Nyus” (“yalan xəbər”) qışqırıb və oradan uzaqlaşıb.
“Ria Novosti” xəbər verir ki, Ukrayna prezidenti əvvəlcə qapılar arxasında gizlənməyə çalışsa da, daha sonra səhvən Rusiya nümayəndə heyətinin otağına daxil olub. Bu zaman Moskvadan gələn rəsmilər təəccüblə ona baxıblar. Poroşenko təxminən 15 saniyədən sonra otağa səhvən daxil olduğunu anlayıb və oranı tərk edib.
Məsələyə münasibət bildirən Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov isə “Yəqin o buranı ayaq yolu ilə qarışıq salıb” deyib və bu otaqdakıların gülüşünə səbəb olub.