Şəxsi həyatı ilə sıx-sıx gündəmə gələn Sabancı ailəsinin ortancıl oğlu Hakan Sabancı bəyəndiyi qadın tipini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, 27 yaşlı Hakan sevə biləcəyi qadının mükəmməl, ağıllı, yumor hissinə sahib və gülərüz olmasını əsas götürüb.
Yalanı sevmədiyini, yaxın dostları ilə sevgilisinin yaxşı anlaşmalı olduğunu söyləyən Sabancının adətən sevgi münasibətləri uzun çəkmir.
Qeyd edək ki, hazırda onun həyatında heç kim yoxdur.