Rusiya hökumətinin Suriyada S-300 komplekslərinin yerləşdirilməsinin tamamlanmasına dair açıqlamasına ABŞ-ın Dövlət katibi Mayk Pompeo reaksiya verib.
Teleqraf.com xarici mediyaya istinadla xəbər verir ki, Mayk Pompeo ABŞ-ın bu məsələyə cavabının necə olacağını əvvəlcədən açıqlamayacağını bildirib.
Onun sözlərinə görə, Rusiyanın Suriyada “S-300” yerləşdirməsi bölgədə hər kəs üçün risklərin böyüməsinə səbəb olacaq: “Biz bunu qıcıqlandırma olaraq qiymətləndiririk”.
İsrailin müdafiə naziri Aviqdor Liberman isə Rusiyanın bu addımına baxmayaraq İsrailin Suriyada əməliyyat keçirməkdən imtina etməyəcəyini açıqlayıb. Aviqdor Liberman, həmçinin "İsrailə “S-300”ləri kimlərin və necə idarə edəcəyi çox maraqlıdır”, -deyə əlavə edib.