ABŞ-ın Pensilvaniya ştatında Fətullahçı Terror Təşkilatının (FETÖ) düşərgəsini polislər mühasirəyə alıb.
Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, silahlı şəxs barədə aparılan istintaq çərçivəsində polis helikopterlərinin də cəlb olunduğu bildirilir.
Yerli medianın nümayəndələri də faktı təsdiqləyərək FETÖ düşərgəsinin ətrafında çoxlu sayda hüquq-mühafizə orqanlarının avtomobillərinin olduğunu yazıblar. Nosel Valters adlı jurnalist qara geyimli silahlı şəxsin ələ keçirilməsi məqsədilə polislərin düşərgədə əməliyyat keçirdiyini yazıb.