Vladimir Putin “Rusiya Energetika Həftəsi”ndə çıxışı zamanı maraqlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Kreml rəhbəri Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı gəzən söz-söhbətlərə münasibət bildirərkən deyib:
“Gəlin biz enerji ilə bağlı məsələlərdən danışaq. Xahiş edirəm, məni ABŞ-ın daxili çirkabına sürükləməyin. Özünüz həll edin. Yoxsa yenə deyəcəklər ki, guya biz onların işlərinə burnumuzu soxuruq”.