Rusiya hökuməti ölkədə orta yaş həddinin artmasına qarşı mübarizə aparır.
Teleqraf.com xəbər verir ki, 2024-cü ilə qədər Rusiya əhalisinin sayını artırmağı nəzərdə tutan sənədə əsasən hökumət orta yaş həddini aşağı salmaq və yeni doğulan körpələrin sayını artırmaq niyyətindədir.
Sənədə görə, ölkənin şərq vilayətlərində yerli sakinlərin sayını artırmaq istəyən rəsmilər bunun üçün müxtəlif kampaniyalar həyata keçirir, tez-tez doğum evlərini ziyarət edirlər.
Həmçinin yeni evlənən cütlüklərlə işləyən rəsmilər onların tez bir zamanda uşaq sahibi olmasına çalışırlar. Hətta erkən doğuma və uşaq sayına görə hökumət analara xüsusi pul mükafatları da təklif edir.
Qeyd olunur ki, səlahiyyətli şəxslər sözügedən sənədin Vladimir Putin tərəfindən imzalandığını və hökumət başçısının bu prosessə xüsusi nəzarət etdiyini vurğulayırlar.