Yəməndə dünyanın ən dəhşətli humanitar böhranı yaşanır. Vəziyyət dayanılması mümkünsüz hala gəlib. Ölkə miqyasında saysız-hesabsız insan ölümləri var. Əgər baş verənlərə çarə tapılmasa vəziyyətdən geri dönmək imkanı itiriləcək.
Teleqraf.com xəbər verir ki, bu fikirləri BMT-nin Yəmən üzrə nümayəndəsi, səfir Lisa Qranda deyib.
Səfir bildirib ki, BMT-nin Qida Proqramı ayda 8 milyon yəmənliyə yardım həyata keçirir:
“Yəməndə valyutanın dəyərdən düşməsinin nəticəsində əlavə olaraq 3,5-4 milyon insan aclıq təhlükəsi ilə qarşı-qarşıya gələ bilər”.