Uzun müddətdir itkin düşdüyü bildirilən "İnterpol"un rəhbəri Men Xunvey qanunları pozduğu üçün Çin polisi tərəfindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası Mərkəzi Nizam İntizam Komissiyasından verilən açıqlamada qeyd olunub.
Bildirək ki, 64 yaşlı Men Xunvey sentyabrın 29-da Çində təyyarədən endiyi vaxt hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Onun itkin düşməsi barədə ərizəni polisə Xunveyin Lionda yaşayan həyat yoldaşı verib.
2016-cı ildə Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Xunvey "İnterpol"un prezidenti seçilib.