FETÖ və PKK terror təşkilatlarına agentlik ittihamı iləTürkiyədə həbs edilmiş amerikalı rahib Endryu Bransonun növbəti məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, rahib dördüncü dəfə məhkəmə qarşısına çıxarılıb.
35 il həbs cəzasına məhkum edilmiş Branson çoxlu sayda mühafizəçinin müşayiəti ilə İzmir Ağır Cinayətlər Məhkəməsinə gətirilib.
Rahibin həyat yoldaşı Norina Branson və ABŞ-ın müvəqqəti işlər vəkili Ceffri M.Ovenyer də, məhkəmədə iştirak edir.
Məhkəmə hələ başa çatmayıb.